Bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşılaşır

saytların hazırlanması

Evə çatdırılma

Bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşılaşır

Şou

09 Fevral 2024 14:04 554


Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin vəziyyəti yaxşılaşır.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə bəstəkarın ailə dostlarından biri məlumat verib.

Onun sözlərinə görə, Cavanşir Quliyev səhhəti ilə bağlı tezliklə özü məlumat verəcək. Dominos pizza

Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. 74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. Onun beyninə qan sızdığı bildirilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!