Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşü, orada qaldırılan problemlərin həllinə operativ reaksiyası cəmiyyətdə müsbət qarşılanıb.
"Yeni Sabah"ın məlumatına görə, Azərbaycanın görkəmli bəstəkarı, hazırda Şimali Kiprdə yaşayan Cavanşir Quliyev də bu sahədə gedən proseslərə münasibət bildirib. Maestronun rəyini oxuculara təqdim edirik:
“Mən bir Azərbaycan vətəndaşı, bəstəkarı olaraq üç böyük, tarixi mövzuda balet əsərlərinin müəllifiyəm: “Oğuznamə” (2006), “Daşqın-Nuhun gəmisi” (2010), “Qızıl İrmaq” (2015). pizza hut
Güman edirəm ki, bu əsərlərimin ən azından birinin Vətənimdə səhnələnməsi, Azərbaycan hakimiyyətinin tez-tez söylənilən milli incəsənətə qayğısnın təzahürü ola bilər. Bu, həm də mənim haqqımdır”.
Telegram kanalımız