Bəyin dostlarına 300 minlik hədiyyə -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bəyin dostlarına 300 minlik hədiyyə - FOTOLAR

Şou

18 İyul 2024 14:41 646


Xəbər verdiyimiz kimi, Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin 28 yaşlı oğlu Anant Ambaninin və nişanlısı Radika Merçantın milyonluq toyu baş tutub.

Yenisabah.az xəbər verir ki, toyla bağlı xəbərlər gündəmdən düşmür. Bu dəfə Mukeşin qonaqlara verdiyi bahalı hədiyyə haqda məlumat yazılıb. Belə ki, Hindistanın ən zəngin adamının oğlu Bollivud ulduzu Şahrux Xan, Ranveer Sinq və digər dostlarına saat bağışlayıb.

"Audemars Piguet Royal Oak Perpetual Calendar" saatının dəyəri 300 min dollardır (təxminən 510 min manat). Saatlar məhdud sayda buraxılıb.  pizza

Qeyd edək ki, Anant Hindistanlı milyarder Viren Merçantin qızı, 29 yaşlı Radhika Merçantla ailə qurub. Anant ailəsi “Forbes”in milyarderlər siyahısına daxil edilib. Onların ümumi sərvəti 122 milyard dollar dəyərində qiymətləndirilir. Martın 1-də üçgünlük toyqabağı məclis keçirilib. Hadisə Camnaqardakı ailə mülkündə baş verib. Ziyafətin əsas qonağı 10 milyon dollar qonorar alan Rihanna olub. Toy isə iyulun 12-dən 14-nə kimi olub. Toya 600 milyon dollar xərcləndiyi deyilib./Axşam.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!