Bəyin vurduğu şəxs gəlinin keçmiş sevgilisi imiş - TƏFƏRRÜAT 

saytların hazırlanması

Evə çatdırılma

Bəyin vurduğu şəxs gəlinin keçmiş sevgilisi imiş - TƏFƏRRÜAT 

Kriminal

27 İyul 2023 08:00 4221


Xəbər verdiyimiz kimi, Qax rayonunda bəy qız toyunda qonağı bıçaqlayıb.

“Yeni Sabah” xəbər verir ki, "Xəzər Xəbər" hadisə ilə bağlı yeni detalları əldə edib. Belə ki, bəyin bıçaqladığı şəxs nişanlısının keçmiş sevgilisi olub. Hhadisə toyun keçirildiyi şadlıq evinin yaxınlığında baş verib.

Qax rayon sakini 25 yaşlı Yamən Şıxəmirli Gədəbəy rayon sakini 21 yaşlı Ariz Əhmədov tərəfindən bıçaqlanıb. Sezar pizza

Bıçaqlanan Yamən Şıxəmirlinin əmisi iddia edir ki, hansısa yazıya görə bəy onun qardaşı oğluna xəsarətlər yetirib.

Həmin ərazidə bıçaqlanan Yamən Şıxəmirli kəsilmiş - deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub və əməliyyat olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yamən Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ariz Əhmədov polis tərəfindən saxlanılıb. Məlumatına görə, Ariz Əhmədov və Yamən Şıxəmirli Vətən müharibəsinin iştirakçıları olub.

Daha ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!