Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" "Report"a istinadla xəbər verir ki, hadisə rayon yolunda qeydə alınıb.
Belə ki, "Ford" və VAZ markalı avtomobillər toqquşub. Nəticədə 64 yaşlı Seymur Kərimov və onun qızı, 30 yaşlı Aytən Muradova müxtəlif dərəcəli xəsarətlər alıblar. Toyuqlu pizza
Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Kərimovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız