Beyləqanda altıotaqlı fərdi yaşayış evi yanıb külə döndü   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda altıotaqlı fərdi yaşayış evi yanıb külə döndü - FOTOLAR

Hadisə

29 May 2026 09:54 418


Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Yeni Sabah" AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 160 kvadratmetr (6 otaqlı ev - red.) olan ev yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır. Toyuqlu pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!