Beyləqanda bu gün keçmiş arvadını bıçaqlayıb öldürən tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda bu gün keçmiş arvadını bıçaqlayıb öldürən tutuldu

Hadisə

11 Oktyabr 2019 16:44 1180


Beyləqanda boşandığı həyat yoldaşını bıçaqlayaraq öldürən ər saxlanılıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında Beyləqan rayon sakini Namiq İsmayılov Beyləqan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə gedərək həmin müəssisədə çalışan keçmiş həyat yoldaşı, 1994-cü il təvəllüdlü Beyləqan şəhər sakini Könül Bəhmən qızı Bəhrəmlini bıçaqlayaraq öldürüb.

Hadisə şahidlərinin məlumata görə, iş yerinə gələn N. İsmayılov söhbət etmək üçün K. Bəhrəmlini müəssisənin həyətinə çağırıb. Bir müddət mübahisə etdikdən sonra K. Bəhrəmlinin iş yoldaşları onları ayırmaq istəyib. Bu vaxt keçmiş ər cibindən çıxardığı bıçaqla qadına bir neçə zərbə endirib. Hadisəni törədən N. İsmayılov qətli keçmiş həyat yoldaşının boşandıqdan sonra qızını ona göstərmədiyi üçün törətdiyini deyib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!