Beyləqanda yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçdi

saytların hazırlanması

Evə çatdırılma

Beyləqanda yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçdi

Hadisə

19 Fevral 2026 22:44 550


Beyləqan rayonunda başlayan yanğın geniş əraziyə yayılıb.

"Yeni Sabah" xəbər verir ki, yanğın hadisəsi rayonun Tatarlar və Eyvazalılar kəndlərinin ərazisində başlayıb.

Yerli sakinlərin verdiyi xəbərə görə, yanğın küləyin təsiri ilə genişlənərək meşə massivinə keçib. Pepperoni pizza

Yanğının söndürülməsinə Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!