Bəzi çaylardan sel keçib - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bəzi çaylardan sel keçib - FAKTİKİ HAVA

Sosial

16 İyun 2023 10:59 734


Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

Yenisabah.az xəbər verir ki, düşən yağıntının miqdarı belə olub:

Sarıbaşda 120.4 mm (aylıq normanın 67%-i), Şahdağda 55.2 mm (aylıq normanın 116%-i), Qusarda 51 mm (aylıq normanın 107%-i), Şəkidə 38 mm (aylıq normanın 38%-i), Yevlaxda 28 mm (aylıq normanın 57%-i), Tərtər, Bərdədə 27 mm (aylıq normanın 54%-i), Oğuzda 26 mm (aylıq normanın 22%-i), Qəbələdə 21 mm (aylıq normanın 19%-i), Mingəçevirdə 14.2 mm (aylıq normanın 32%-i), Yardımlı 12.4 mm (aylıq normanın 27%-i), Göyçayda 12 mm (aylıq normanın 26%-i), Naftalanda 9 mm, Qrız, Ordubadda 8 mm, Goranboy, Lənkəran, Ağdam, Zərdab, Gədəbəy, Zaqatala, Balakən, Xaltan, Daşkəsən, Tovuz, Gəncə, Sabirabad, Göygöl, Ceyrançöl, Quba, Naxçıvan, Şahbuzda 1-7 mm-dək olub. Sezar pizza

Bundan başqa, 08:00 radələrində Quba rayonu ərazisindən keçən Qudiyalçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan, Şəki rayonu ərazisindən axan Kişçaydan, Qax rayonu ərazisindən keçən Kürmükçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan və Qusar rayonu ərazisindən keçən Qusarçaydan qısamüddətli sel keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!