“Biabırçılıqdır” - Günay vətənpərvər klip çəkən bəzi müğənniləri bəyənmədi
26 Noy 2020 21:25
895

“Biabırçılıqdır” - Günay vətənpərvər klip çəkən bəzi müğənniləri bəyənmədi

"Tək Füzuli yox, bütün Qarabağı gəzəcəm. Füzulidənəm, amma Şuşanı görməyi çox istəyirəm. İki ay ərzində demək olar ki, yatmamışam. Gözümə yuxu getmirdi, hər an tvitt gözləyirdim".

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli "MTV Azərbaycan"da qonaq olarkən deyib. Əslən Füzulidən olan sənətçi yurdunun işğaldan azad edilməsindən söz açıb. Günay bildirib ki, evlərinə qayıdanda dostlarına qonaqlıq verəcək:

"O qədər qonaqlıq söz verdiyim dostlar var ki... Sayını da itirmişəm. Təki hamı qonaqlıq istəsin. Atam da, anam da Füzulidəndir. Oranın azad edildiyi açıqlananda anam deyir, evin sənədləri durur. Deyirəm, vəhşi ermənilər oranı nə günə qoyublar, hələ gözlə. Ora düzəngahlıqdır, amma anam deyir gedib taparam". 

Sənətçi vətənpərvərlik mövzusunda klip çəkdirən həmkarlarını da tənqid edib:

"Gözəl işlər ortaya qoydular. Amma çox pis formada təqdim edilən də oldu. Sakit dayansaydılar, elə bərbat iş təqdim etməsəydilər daha yaxşı olardı. Heç gözəl görünmürdülər, biabırçılıq idi".  /Axsam.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər