Bıçaqla özünə xəsarət yetirən 8 yaşlı uşaq öldü
13 Avq 2020 17:50
247

Bıçaqla özünə xəsarət yetirən 8 yaşlı uşaq öldü

Tərtərdə 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Yenisabah.az xəbər verir ki, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb./APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər