Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı- Hadisənin detalları 

saytların hazırlanması

Evə çatdırılma

Bıçaqlanan Vidadi İsgəndərlinin qardaşı danışdı- Hadisənin detalları 

Kriminal

30 Sentyabr 2024 11:10 893


Fransada mühacir həyatı yaşayan və bıçaqlandığı xəbəri yayılan Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli duruma aydınlıq gətirib. 

Musavat.com-un məlumatına görə Oqtay İsgəndərli Qənimət Zahidin verilişinə qoşularaq bildirib ki, qardaşı ilə danışa bilib: 

“Həkimlər mənə onunla 1 dəqiqəlik görüşmək imkanı yaratdılar. Çünki reanimasiyada, narkozun təsiri altında idi. Dedi ki, səhər saat 7 radələrində 3 nəfər pəncərədən evinə daxil olub. Yataq otağında bir nəfər ona bıçaq çəkib, 2 nəfər də qapını bağlayıb. Özünün sözlərinə görə həmin şəxs bıçaqla ona alın nahiyəsindən çoxlu zərbələr endirib. Zərbələrin çoxu qardaşımın əlinə dəyib. Bıçağı vuran şəxs cüssəli olmadığı üçün qardaşım onu itələyib yerə yıxıb. Daha sonra polisi çağırıb və içəri girən şəxslər qorxub qaçıblar. Onlar maskalı olub və heç bir dildə danışmayıblar. Buna görə də kimlikləri və hansı millətdən olduqları bilməyib”.  Toyuqlu pizza

Oqtay İsgəndərlinin danışığından belə başa düşülür ki, Vidadi İsgəndərlinin vəziyyəti deyildiyi qədər ağır deyil. O, danışacaq vəziyyətdədir və qardaşının sözlərinə görə zərbələrin çoxunu da əlindən, qolundan alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!