Biləsuvar sakini sayğacı yoxlayan işçiyə xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvar sakini sayğacı yoxlayan işçiyə xəsarət yetirdi

Kriminal

10 Dekabr 2021 15:06 724


Biləsuvar Rayon Polis Şöbəsinə dekabrın 9-da Yuxarı Cürəli kəndi ərazisində rayon sakini M.Abbasovun qol nahiyəsinə kəsici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla rayon elektrik şəbəkəsinin işçisi olan M.Abbasovun kənd sakini Ə.Rufullayevin elektrik sayğacına baxış keçirmək istəyərkən onun xuliqanlıq zəminində M.Abbasova xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Rufullayev saxlanılıb. pizza mizza

Biləsuvar RPŞ-də faktla əlaqədar cinayət işi başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!