“Bilirəm ki, kimi almışam” - “Öz-özümə deyirəm ki, Cavan, fikir vermə”

saytların hazırlanması

Evə çatdırılma

“Bilirəm ki, kimi almışam” - “Öz-özümə deyirəm ki, Cavan, fikir vermə”

Şou

20 Oktyabr 2022 17:54 6213


“Bu gün ailələr tez-tez dağılır. Bunun səbəblərini demək, müzakirə etmək üçün mənim də xeyli yaşım və təcrübəm var. Mənim uzun illərdir ki, xoşbəxt ailəm var, çünki mən bilirəm ki, həyat nədir, bilirəm ki, kimi almışam, kiminlə yaşayıram”. 

Bu sözləri Yenisabah.az.a Xalq artisti Cavan Zeynallı deyib. Son vaxtlar ictimaiyyətdə boşanmaların sayının artmasıyla bağlı aparılan qızğın müzakirələr barədə danışan cazmen bunun bir çox səbəbinin olduğunu bildirib:

“Mən kiminlə ailə qurduğumu yaxşı dərk edirəm, amma indi bəzi cavanlar bunu bilmədən ailə qururlar, dəbdəbəli toy edirlər, deyirsən nə gözəl ailəsi var, amma bir müddət sonra eşidirsən ki, artıq boşanırlar. Bu son 2-3 ildə daha da populyarlaşıb, çünki gənclər oxuyurlar, bilirlər ki, Fransada, İtaliyada, digər Avropa ölkələrində həyat necə gedir. Bilirlər ki, sabah nə isə olarsa, rahatlıqla bir-birini ata, boşana bilərlər. İndi gənclərimiz də Avropa gənclərinə bənzəmək istəyirlər. Hər ailədə problem olur, özünü pis hiss edə bilərsən, bu həyatdır. Mən həyatda çox şey görmüşəm, ona görə də xırda şeylərə çox fikir vermirəm. İndi zəmanə elədir ki, insanlar psixoloji olaraq da sarsılıblar. Müharibə, intiharlar, bir-birini öldürmələr...” Sezar pizza

Sənətçi qeyd edib ki, boşanma səbəbləri adi sözdən tutmuş, sosial, məişət, psixoloji problemlərinə qədər uzanır:

“Son vaxtlar insanlar psixoloji olaraq da özlərini pis hiss edirlər. Cavanlar arasında çox bədbin hadisələr baş verir, biri özünü 7-ci mərtəbədən atır, biri başqa yolla intihar edir, insanlar bunu oxuduqca özlərini pis hiss edirlər. Keçmişdə də bu cür hadisələr olurdu, amma hamısını yazıb bu cür ictimailəşdirmirdilər. Bu gün isə intiharlardan sensasiya düzəldirlər. Mən artıq bu cür xəbərlərə inanmıram, düşünürəm ki, bunlar yalandır, amma gəlin nəzərə alaq ki, bu xəbərlər hamıya eyni cür təsir etmir. Bəziləri bu tip xəbərlərdən çox təsirlənirlər. Belə şeyləri çox yazmaq olmaz. Sovet dönəmində belə şeylər yazmırdılar. İnsanlar da özlərini xoşbəxt hiss edirdilər, pioner qalstuklarını taxıb yaşayırdılar. Amma indi insanlar dəyişib. Xəbərlərə nəzər salın, hər gün avtomobil qəzalarında azı 8-9 nəfər dünyasını dəyişir. Bunu niyə yazırsınız axı? Mən özüm də oxuduqca pis oluram, neqativliyə yüklənirəm, lakin özümü tez toparlayıram, özüm-özümə deyirəm ki, Cavan, özünə gəl, toparlan, fikir vermə, çox oxuma. Açığı, artıq xəbərləri oxumağa da qorxuram.

Məsələn, adi bir misal çəkəcəyəm, dünən xəbərlərə baxıram, deyilir ki, sabah hava 5 dərəcə olacaq, güclü külək əsəcək, yağış yağacaq. Bu gün yuxudan qalxıb havaya baxıram ki günəş çıxıb. Bu xəbərləri yalan, yanlış yazanlar pis insanlardır. Ona görə də hər şeyi oxuyub ürəyinə salmaq düzgün deyil”.

77 yaşlı cazmen sonda gənclərə məsləhət verməyi də unutmayıb:

“Cavanlara baxıram, bəzən görürsən ki, gəlirlər evə bir-birini təhqir etməyə başlayırlar. Ailədə heç nədən söz-söhbət yaradırlar, adi yeməyə görə belə ciddi mübahisə edirlər. Kiçik bir mövzudan skandal yaradırlar. Sonra da eşidirsən ki, adi söz-söhbət böyüyüb və nəticədə ailə dağılır, cütlüklər bir-birindən qaçırlar. İllər keçdikdə bəzən həmin gənclər peşman da olurlar, gərək belə etməzdim, deməzdim deyə düşünürlər. Amma artıq gec olur. Bax mən gənclərə bunu izah etməyə çalışıram. Çalışın, hər xırda şeyi böyütməyəsiniz, ailənizin qədrini bilib, bir-birinizi anlayasıznız”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!