Bill Geytsin 40 milyonluq təhsil layihəsi

saytların hazırlanması

Evə çatdırılma

Bill Geytsin 40 milyonluq təhsil layihəsi

Sosial

25 İyul 2022 11:12 895


Son dövrlərə qədər heç bir mütəxəssis sistematik olaraq müəllimlərin öyrətməyə nə dərəcədə imkanlar yaratdığını tədqiq etməyib. Bəli, ekspertlər əsrlər boyu dərs deməyin praktikasını müzakirə ediblər. İlk dəfə Çində Xan sülaləsi  dövründə məmurları işə qəbul etmək üçün onlardan test imtahanı keçiriblər. 

Lakin indiyə qədər heç bir ciddi tədqiqatçı görkəmli müəllimlə orta səviyyəli müəllimin fərqini qiymətləndirə bilməyib. Elə bizim özümüzdə də imtahan qiymətləndirmələri, sorğular, videomateriallar kifayət qədərdir. Ancaq dəqiqlik yoxdur. Bir neçə il öncə belə bir fakt Microsoftun yaradıcısı Bill Geytsin də diqqətini çəkdi. Geyts rastına çıxdığı müəllim peşəkarlığı haqqında bir məqaləyə xeyli iradlar tutdu. Milyarder anlaya bilmirdi ki, nəyə görə indiyə qədər təhsin əsas problemlərindən birinin müasir tədqiqat metodları işlənməyib. Bir müddətdən sonra Bəşəriyyətin ən varlı adamı “Öyrətməyin effektiv göstəriciləri” tədqiqat layihəsinə 40 milyon dollar vəsait ayırdı. Bu layihədə 10-larla tədqiqatçılar, 10-lərlə məktəb, 1000-lərlə müəllim və 100.000 nəfərə yaxın şagird iştirak etdi. Xüsusi olaraq sinflərin dərs vaxtı panorama görüntüsü üçün yeni tip videokamera düzəldildi. Tədqiqatda iştirak edən hər bir şagird müxtəlif sorğulardan keşməli oldular. 500 nəfər videomateriallar əsasında müəllimlərin işlərini qiymətləndirmək üçün xüsusi hazırlığa cəlb olundular.

“Öyrətməyin effektiv göstəriciləri” adlı tədqiqat 2 il adavam etdi. Maraqlı nəticələr əldə olundu. Məlum oldu ki, çox kiçik faiz müəllimlər şagirdlərin öz ideyalarını generasiya etməyə yönləndirə biliblər. Lakin ən maraqlısı nə oldu? Harvard tədqiqatçısı Ron Ferqüson verinləri işləyən zaman aşkara çıxardı ki, şagirdləri yüksək nəticə göstərməyə stimullaşdıran iki əsas faktor önəmlidir. Birincisi “akademik təzyiq”, yəni yorulmadan çalışmağa vadar etmə, ikinci faktor isə “akademik dəstək”dir. Şagirdlərin duyğuları üzrə müəllim onlarda motivasiya yaradır. Beləliklə effektiv müəllim şagirdini aktiv tədrisə cəlb edir, verilmiş materialın mahiyyətini anladır, başqa sözlə onlar şagirdi düşünməyə məcbur edirlər.Yəni görkəmli müəllim şagirdində  motivasiya yarada bilir, ona dəstək durur, təlimin mahiyyətini başa salır, fərdi şəkildə işləməyi öyrədir.   pizza hut

Bu layihədə çalışan fizika üzrə Nobel mükafatı laureatı Karl Viman hesab edir ki, “müəllim” dedikdə biz sadəcə informasiyanı bölüşən şəxs başa düşürük. Müəllimə “koqnitiv məşqçi” kimi yanaşmaq lazımdır. Viman haqlıdır, tədrisdə emosional dəstəyə böyük ehtiyac var və hamı istəyir ki, ona qayğı göstərsinlər.

Bill Geytsin dəstəklədiyi layihə daha bir mühüm məsələni ortaya qoydu: Şagirdlər arasında aparılan sorğular göstərib ki,  böyük dəqiqliklə onların gələcəkdə təhsil uğurları barədə əvvəlcədən fikir söyləmək olar.  Başqa sözlə, siz effektiv müəllim tapmaq istəyirsinizsə onun diplomuna baxmayın, bu sahədə onun stajına diqqət etməyin. 

Bilənlərdən soruşun ki, o, necə işləyir? O, şagirdlərinə mürəkkəb suallar tərtib edə bilirmi? Fənninin yaxşı izah edə bilirmi? Onun dərslərindən nələri öyrənmək olar? Şagirdləri arasında fərq qoyurmu? Şagirdlərinə hansı akademik dəstəyi verir? Fənnin əhəmiyyətini izah edə bilirmi? Çətinlik çəkənlərə necə kömək edir?

Göründüyü kimi Bəşəriyyətin ən varlı adamı təhsildə mühüm sayılan problemlərin birininin həlli üçün böyük vəsait ayırmaqla yanaşı, həm də nəticələrin təhlili ilə maraqlanıb. Və problemin çözülməsində yeniliklərə nail olunub. 

Düşüncəmə görə qoyulan suallar bütün ölkələrin şagirdləri və tələbələri üçün əhəmiyyətli suallardır və tədrisdə yeni üfüqlər açır.   

Etibar Əliyev

Millət vəkili


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!