Bill Qeytsdən mikroçip iddialarına cavab: “Bunu rədd etmək çətindir”
05 İyn 2020 17:38
231

Bill Qeytsdən mikroçip iddialarına cavab: “Bunu rədd etmək çətindir”

“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts insanlara mikroçip yerləşdiriləcəyi ilə bağlı iddialara cavab verib.

Yenisabah.az xəbər verir ki, nəzəriyyəçilərin koronavirusu məqsədli şəkildə dünyada yaymaqda günahlandırdığı B.Qeyts bu iddiaların çox axmaq fikirlər olduğunu vurğulayıb:

"Mikroçip kimi bir şeylə heç vaxt maraqlanmadım. Bu cəfəngiyatı rədd etmək demək olar ki, çətindir, çünki çox axmaqca, məntiqsiz və qəribədir".

O, "Bill&Melinda Gates" vəqfinin koronavirusa qarşı vaksin hazırlaması üçün 300 milyon dollar yardım ayırdığını xatırladıb.

Xatırladaq ki, mikroçiplə bağlı iddiaları ilk əvvəl ABŞ prezidenti Donald Trampın bir müddət məsləhətçisi olmuş Rocer Stoun ortaya atıb:

"Bill Qeytsin bu virusu yaratma və onun yayılma prosesində iştirak edib-etməməsi müzakirəyə açıqdır. O və digər qlobalistlər bunu vaksinləri məcburi hala gətirmək və insanlara mikroçip taxmaq üçün istifadə edir".

 

Oxşar xəbərlər