Binadan düşən iri şüşə parçası iki piyadanı xəstəxanalıq etdi - Bakıda

Binadan düşən iri şüşə parçası iki piyadanı xəstəxanalıq etdi -
Sent 12, 2019 09:24
Oxunma sayı: 97

Bakının Yasamal rayonunda binalardan birindən iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində yerləşən "Globus Plaza"da qeydə alınıb.

Binanın pəncərəsindəki iri şüşə parçası qırılaraq səkiyə düşüb. Bu zaman yoldan keçən 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlu və 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu xəsarət alıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

 

Yenisabah.az