"Nə gözəl deyiblər, "çox ciddiyə almayın bu həyatı, bir gün hər şey fotolarda qalacaq. Şəkillərdə qalmadan, sabahı gözləmədən sevdiklərinizi qucaqlayın, "kaş ki" deməmək üçün".
Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında yazıb. O, Türkiyədəki güclü zəlzələ nəticəsində qucaqladığı övladı ilə birgə dağıntılar altında qalaraq həlak olan atanın fotosunu paylaşıb.
"Bu fotoya diqqətlə baxın, sabah üçün planlar qurub övladını qucaqlayan bir ata var. Arzuları puç, xəyalları paramparça olan və bir daha sabahları olmayacaq ata. Sevdiklərinizə zaman ayırın, onlar sizdən ayrılmadan..." deyə, aparıcı sözlərinə əlavə edib. pizza sifarişi
Telegram kanalımız