Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bir məmuru heç düşməni də belə biabır edə bilməzdi: Guya mükafat alır - VİDEO

Hadisə

02 Mart 2026 14:47 26177


Azərbaycanda məmurun mükafatlandırılması mərasimindən çəkilən video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Yeni Sabah”ın xəbərinə görə, görüntülər Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının direktorunun otağında çəkilib.

Kimliyi məlum olmayan (çünki özünü təqdim etmir) bir nəfər mükafatı müəssisənin direktor əvəzi Ruslan Mustafayevə təqdim edərək deyir:

“Bu gün Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının (?) direktoru Fəridə xanımın, cənab Prezident İlham Əliyevin adından (?), Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan müəllimə Prezident Aparatından (?) göndərilmiş Milli Məclis informasiya portalı direktorunun (?) əvəzi Ruslan müəllimi təbrik edirik. Baxmayaq ki, iki aydır direktor əvəzidir, rayonumuzda gözəl fəaliyyətinə, analoqu olmayan təmizliklərə görə təbrik edirəm”.

Videodan o da məlum olur ki, direktor əvəzi otaqda tək deyil. O, mükafatlandırma mərasiminə işçilərini də yığıb.

İşçilər Ruslan Mustafayevin mükafat almasını alqışlarla qarşılayıblar.

Qeyd edək ki, mükafatı təqdim edən şəxsin nitqini olduğu kimi saxlamışıq. 

Ətraflı videoda:

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Konstitusiya.az
    Bu nə biabırçılıq, dələduzluq və savadsız bir təqdimatlar?
    2 months ago
  • Orkhan Sharif
    Azərbaycan iri addımlarla irəliləyir!
    2 months ago