"Wagner" rəhbəri Yevgeni Priqojinlə danışmışam, onu biznes ambisiyalarından əl çəkməyə və iddialarını milli əhəmiyyətli məsələlərlə qarışdırmamağa inandırmışam”.
Yenisabah.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
O, "Telegram" kanalında yazıb: “Məni eşitdiyini düşündüm, amma məlum oldu ki, onda bu qəzəb bütün bu müddət ərzində daha da artıb. Uğursuz biznes sövdələşmələri zənciri iş adamında dərin köklü və uzun sürən narazılığa səbəb olub. Bu narazılıq Sankt-Peterburq hakimiyyətinin qızına istədiyi torpaq sahəsini verməməsi pik həddə çatıb. Bir nəfərin təkəbbürü belə təhlükəli nəticələrə gətirib çıxara və çoxlu sayda insanı münaqişəyə cəlb edə bilər”. pizza mizza
R. Kadırov "Vaqner"in bütün döyüşçülərini ayıq olmağa çağırıb:
“Ölkənin gələcəyini, ailələrinizi, uşaqlarınızı düşün. Bu cür hərəkətlər fəlakətli nəticələrə səbəb ola bilər. İndi hər şey sülh yolu ilə, qan tökülmədən başa çatdı, amma ifrat tədbir Rusiya Federasiyasının bütövlüyünə qəsd edən hər kəsin sərt şəkildə məhv edilməsi olardı”.
Telegram kanalımız