“Bir nəslin çörək ağacısan“ - Zaurdan Vüsaləyə çağırış

saytların hazırlanması

Evə çatdırılma

“Bir nəslin çörək ağacısan“ - Zaurdan Vüsaləyə çağırış

Şou

23 Sentyabr 2021 14:30 1334


Aparıcı Zaur Baxşəliyev həmkarı Vüsalə Əlizadə ilə bağlı paylaşım edərək onu efirə geri dönməyə səsləyib.

Yenisabah.az xəbər verir ki, Zaur qardaşı vəfat etdikdən sonra televiziyadan uzaqlaşan Vüsalənin yenidən işə qayıtmalı olduğunu bildirib:

"Əziz insan, dərd azar kimidir, batmanda gələr, misqalla çıxar. Dərdin sənindir, təsəllimiz heç nəyi azaltmaz. Nə çəkdiyini sən yaxşı bilirsən. Sən həm də bir nəslin çörək ağacısan. İndi üzərinə daha böyük məsuliyyət düşür. Sən işinin başına dönməlisən. Səni minlərlə tamaşaçı gözləyir. Qayıt, aramıza gəl və davam et. Onun da ruhu şad olar. Çünki o, səni hər zaman səhnədə görmək istəyirdi. İnşallah, efirə davam". pizza

Qeyd edək ki, aparıcının qardaşı Əlihüseyn Əlizadə yol qəzasında vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!