“Köşkə gedib qəzet almaq, qəzet tapıb oxumaq problem yaradır. Belə olan halda artıq reklamçılar da öz reklamlarını onlayn mediada verməkdə maraqlı olurlar, qəzetlər müəyyən problemlərlə qarşılaşırlar, tirajı azalır, gündəlik çıxan qəzet həftəlik çıxmağa başlayır. Belə olan halda əsas mövqedə onlayn media dayanır. Bütün dünyada olduğu kimi Azərbaycanda da belədir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O qeyd edib ki, hazırda insanlar daha çox onlayn mediaya üstünlük verirlər, çünki əllərindəki mobil telefonla bir an içərisində dünyada nə baş verdiyini görürlər: Pepperoni pizza
“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 10 ildir ki, fəaliyyət göstərir. Fondu yaradanda məqsəd ondan ibarət idi ki, KİV-lərə dövlət yardımı tətbiq olunsun və əsasən də qəzetlərimiz inkişaf etsin, ayrılan vəsait keyfiyyətin, jurnalistlərin peşəkarlığının artmasına sərf olunsun. Artıq 10 il vaxt keçib və fondun son iclasında tələblər dəyişib, daha ciddi tələblər qoyulub. Bundan əvvəl əgər qəzetin 1000 nüsxəsi abunə, satış yolu ilə realizə edilirdisə, artıq bu tələb artıb. Bu da təbiidir. Əgər bir qəzeti 1000 nəfər, 2000 nəfər oxumursa, bu qəzet onda kim üçün çap olunur? Bu tələblər artıb. Kimlər ki, bu tələblərə cavab verəcək, onlar yenə əvvəlki qayda ilə yardım alacaqlar, əvvəlki qayda ilə fəaliyyətlərini davam etdirəcəklər. Kimlər ki, bu öhdəlikləri yerinə yetirməyəcək, artıq o qəzetin rəhbərliyindən, kollektivdən asılı olacaq ki, fəaliyyətlərini necə qursunlar”. (report)
Telegram kanalımız