Aparıcı Aytən Səfərova məktəblərdəki sıxlıqdan gileylənib.
Övladı Raulu birinci sinfə yollayan aparıcı məktəbə gələn valideynləri tənqid edib. "Təsəvvür edin, valideynlər şikayət edirlər. Bir uşağı qapıdan 8 nəfər yola salır. Heç bir müəllim qınanılası deyil. Sonra deyirlər, izdihamda dayanıb gözləyirik. Bir uşağı bütün nəsil yola salmağa gəlib", - deyə Səfərova bildirib.
Aparıcı özünün də məktəbə getməsini tənqid edənlərə: "Ağzigöyçəklər üçün məlumat: mən və kadrda gördüyünüz valideynlər ən axırda daxil olduq qapıdan. Bir dəqiqə keçmədi, hamımızı çıxartdılar" , -cavabını verib. pizza hut
Telegram kanalımız