Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

Bir yaşlı oğlunun ölümünə səbəb olan anaya bu cəza verildi

Kriminal

13 Oktyabr 2026 13:28 124


Yevlaxda 1 yaşlı oğlunun sağlamlığına xüsusi amansızlıqla, ağır iztirablar verməklə qəsdən ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan Müdir İlhamə Camal qızının məhkəmə prosesi başa çatıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, 1991-ci il təvəllüdlü ana 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dominos pizza

Məlum olub ki, İlhamə azyaşlı uşağının ağlamasından narahat olaraq əsəbiləşib və uşağın qəsdən bədəninin müxtəlif nahiyələrinə əli ilə zərbələr endirib. Uşağın bundan sonra yenə ağladığını görən qadın, oğlu Məhəmmədi əlləri ilə göyə qaldıraraq hündürlükdən taxta döşəməyə çırpıb.

Məhəmməd çatdırıldığı Yevlax Şəhər Xəstəxanasında 5 gün sonra həyatını itirib.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, əvvələr 4 dəfə rəsmi nikaha daxil olmadan ailə həyatı qurduğunu, bu münasibətlərdən 6 uşağının dünyaya gəldiyini qeyd edib. İlhamə məqsədinin övladını öldürmək yox, ağladığı üçün onu cəzalandırmaq olduğunu bildirib.

İlhamə onu da bildirib ki, həmin uşaqları dünyaya gətirdikdən az sonra atalarının uzaq qohumlarına saxlaması üçün verib. Hazırda övladlarının harada olması barədə tam məlumatsız olduğunu deyən İlhamə, uşaqlarının adlarını da xatırlamadığını deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!