Xatirə İslam görünüşündəki dəyişikliklə bağlı ünvanına deyilənlərə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, "Instagram" hesabında status paylaşan ifaçı əməliyyatla arıqladığını iddia edənlərə də cavab verib.
“Yenə dayanmırsız. Biri yazır mədəkiçiltmə, digəri yazır fotoşop, o biri deyir, mədə balonu, nə bilim nə… Dominos pizza
Ay insanlar, mən bu dəfə özümü heç nəsiz sınaq etdim və bacardım. Doğrusu hələ tam istədiyim nəticəni almamışam. Amma davam edirəm, bu, mənim öz metodumdur. Vəssalam. Kim bildi-bilmədi, gördü-görmədi, yazır. Arada dayanın. Yaxşı yazıram. Çörək, şirniyyat, qızartma yeməkləri… Bunları unudun. Sonra yenə deyəcəm”, - deyə Xatirə vurğulayıb.
Paylaş:
Telegram kanalımız