Birinci Qarabağ Müharibəsi veteranları: Onların hansı problemləri var?

saytların hazırlanması

Evə çatdırılma

Birinci Qarabağ Müharibəsi veteranları: Onların hansı problemləri var?

Sosial

09 Sentyabr 2023 14:00 2659


Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətlərindən birini təşkil edir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb. 

Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilməsi səbəbsiz deyil. Şəhid ailələri və müharibə əilləri cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr. 

Sözsüz ki, Birinci Qarabağ Müharibəsinin veteranları da qayğı və diqqətdən kənarda qalmamalıdır. Müstəqil Azərbaycan Ordusunun təməlini qoyan, ölkəmzidə hərb sənətinin inkişafına layiqli töhfələr verən həmin adamlara hamılqıla vəfa borcumuz var. Marqarita pizza

1993-97-ci illərdə Azərbaycan Ordusunun sıralarında xidmət edən və çoxsaylı qanlı döyüşlərin iştirakçısı olan Birinci Qarabağ Müharibəsi veteranı Allahverdi Verdizadə döyüşçü dostlarının üzləşdiyi problemləri belə sıralayıb:  

"Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işləri inkar etmək olmaz. Bir müharibə veteranı, keçmiş döyüşçü kimi buŞ məni sevindirir. Bizim hər birimizin onlara minnət borcu var. İnanıram ki, bu tədbirlər davamlı xarakter alacaq, diqqət və qayğıya ehtiyacı olan təbəqənin problemlərinə həmişə həssaslıqla yanaşılacaq. 

Hesab edirəm ki, tədbirlər planı Birinci Qarabağ müharibəsinin iştirakçılarını da əhatə etməlidir. Bunu qaçılmaz edən səbəblər var. Vətən uğurunda sağlamlığını itirən, gəncliyini qurban verən həmin insanlar hər cür qayğını haqq edirlər. 

Əvvəla, müharibə veteranlarına verilən sosial müavinətin həcmi artırılmalıdır. Siz də razılaşarsınız ki, indi 80 manat böyük pul deyil. Məncə, sosial müavinətin məbləği ən azı 150 manat olmalıdır. 

Birinci Qarabağ müharibəsinin başa çatmasından təxminən 30 ilə yaxın vaxt keçir. Təəssüf ki, bu müddət ərzində döyüş yoldaşalımızın bir çoxu dünyasını dəyişdi. Yaşayanların, fiziki mövcudluğunu davam etrdirənlərin isə ciddi problemləri var. Bu problemlerin başında onların səhhəti dayanır. Əlillik dərəcəsi almasalar da, hər hansı sosial statusları olmasa da onların çoxu xəstədir, yarımcandırlar. Çünki gənclik illəri, həyatlarının cavanlıq dövrü səngərdə keçib. Bəzən günlərlə nəm yerdə yatıblar, paltarları yaş, ayaqları su olub. O vaxt əsgər və zabitlər keyfiyyətli tibbi xidmət ala bilmirdi. Adi bir xəstəlik sonradan böyük fəsad yaradırdı. Həmin fəsadlar isə bəzən illər sonra üzə çıxırdı. Odur ki, bu adamların səhhətinin qeydinə qalmaq lazımdır. Təklif edirəm ki, Birinci Qarabağ müharibəsinin veteranları ildə iki dəfə dövlət hesabına həkim müayinəsindən keçsin. Səhhətində problem aşkarlanan müharibə veteranlarını bir ay müddətinə reabiltasiya mərkəzlərinə göndərmək lazımdır. Həmçinin müharibə veteranları üçün güzəştli şərtlərlə “putyovka”lar təşkil olunmalıdır. Əlillik dərəcəsinə sahib olmamaq bu demək deyil ki, həmin adamların hamısı sağlamdır. Sizi əmin edirəm, Murovda xidmət edən Birinci Qarabağ Müharibəsi veteranlarının 90% nin böyrəyi sıradan çıxıb". 

Allahverdi Verdizadə sonda fiziki göstəriciləri yerində olan Birinci Qarabağ müharibəsi veteranlarını müvafiq işlə təmin olunmasının vacibliyini dilə gətirib: "Həmin insanlar yüngül işlə təmin olunsalar, bu onlar üçün həm maddi, həm də mənəvi dəstək olar". 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!