Birinci xanım bağça açılışında

saytların hazırlanması

Evə çatdırılma

Birinci xanım bağça açılışında

Sosial

01 Fevral 2019 20:57 895


Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Daxili İşlər Nazirliyinin Bakı şəhərinin Xətai rayonunda yeni inşa olunmuş 6 saylı uşaq bağçasının açılışında iştirak edib.

“Yeni Sabah” xəbər verir ki, birinci vitse-prezident uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.

Daxili işlər naziri Ramil Usubov məktəbəqədər təhsil ocağında yaradılan şəraitlə tanış olan Mehriban Əliyevaya məlumat verdi ki, 6 saylı uşaq bağçasının inşasına 2017-ci ilin dekabrında başlanılıb. Əsasən əlahiddə çevik polis alayında çalışanların övladları üçün nəzərdə tutulan məktəbəqədər təhsil müəssisəsində 4-ü Azərbaycandilli, 3-ü isə rusdilli bölmə olmaqla 7 qrup fəaliyyət göstərəcək.  Dominos pizza

Binada təhlükəsizlik məsələləri də ən yüksək səviyyədə həll edilib. Belə ki, videomüşahidə, yanğınxəbərverici, həmçinin qeydiyyata giriş-çıxış sistemləri quraşdırılıb. 

Altı saylı uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib, işıqlandırılma işləri yerinə yetirilib. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı quraşdırılıb. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkanlar yaradılıb.

Yeni inşa edilən bağça ilə tanış olan Mehriban Əliyeva məktəbəqədər təhsil müəssisəsinin işinə uğurlar arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!