Birinci yarımildə pensiyalara nə qədər vəsait yönəldilib?

saytların hazırlanması

Evə çatdırılma

Birinci yarımildə pensiyalara nə qədər vəsait yönəldilib?

Sosial

14 İyul 2026 12:06 48


Bu ilin birinci yarımilində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (368 milyon manat) çox olmaqla 3 milyard 916 milyon manat vəsait yönəldilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

İlin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb: "1 iyul 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb. pizza hut

Birinci yarımilində 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 201 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!