“Biz də sizin...” - Daha bir aktyorumuz Okan Bayülgeni “yıxıb-sürüdü” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Biz də sizin...” - Daha bir aktyorumuz Okan Bayülgeni “yıxıb-sürüdü” - Video

Şou

06 Yanvar 2020 14:20 1992


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Alim Qasımov qızı - Əməkdar artist Fərqanə Qasımova ilə “Okan Bayülgen ile uykusuzlar kulübü” verilişində iştirak edib. Efir zamanı türkiyəli şoumen, aparıcı Okan Bayülgenin tanınmış xanəndəmizə ünvanladığı sual müzakirələrə səbəb olub. “Kayırır” sözünü anlamayan Alim Qasımov çətin vəziyyətdə qalıb.

"Yeni Sabah" xəbər verir ki, gənc aktyor Səfa Mehdi də bununla bağlı sosial şəbəkədə sərt fikirlər səsləndirib. Video yayan aktyor O. Bayülgeni tənqid edib:

“Qayırmaq sözü Türkiyədə “qorumaq, dəstəkləmək” mənasında işlənir. Və aparıcı bunun Azərbaycan dilində nə məna kəsb etdiyini çox yaxşı bilir. Sadəcə bilə-bilə, məzələnmək üçün bu sualı Alim Qasımova verir. Alim Qasımovun o vəziyyətə düşməyi bizin üçün heç də xoş deyil. Çünki A.Qasımov bizim üçün bir dəyərdir. Mənim üçün ən xoş olmayan bilirsiniz nədir? Bizimkilər bu videonu paylaşıb, deyib-gülürlər. Nə qədər ki, biz özümüzə hörmət etməyəcəyik, heç kim bizə hörmət etməyəcək. Hə, bir də Okan bəy, biz də Azərbaycandan sizin verilişi qayırıyoruz. Dəstəkləmək mənasında”.  Pepperoni pizza

Xatırladaq ki, bir neçə gün öncə azərbaycanlı aktyor Fərda Amin də bununla bağlı fikirlərini açıqlayaraq O. Bayülgeni sərt tənqid edib. O, türkiyəli aparıcını “duel”ə də çağırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!