Bizdə bələdiyyəni qapıdan qovurlar - Deputat 

saytların hazırlanması

Evə çatdırılma

Bizdə bələdiyyəni qapıdan qovurlar - Deputat 

Sosial

28 İyun 2024 12:59 472


Hər bir vətəndaş bələdiyyəyə torpaq almaq üçün müraciət edir. Bu torpaq artmır, çoxalmır ki?! Nə var, odur. Şəhid ailəsi və qazilərə 1 dəfə olmaqla, pulsuz torpaq sahəsi ayrılmalıdır. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin sonuncu iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

“Azərbaycanda çox böyük nümunəvi bələdiyyələr var. 50-dən artıq bələdiyyə adı sadalaya bilərəm ki, istehsal müəssisəsi də, bağçası da, məktəbi də var.  Dördpendirli pizza

Türkiyə nümunə çəkilir. Vergi ödənmədiyi zaman Türkiyədə bələdiyyə şəxsi polisə verir, mülkə möhür vurdururlar. Bizdə bələdiyyəni qapıdan qovurlar. 

Qanunlar bu gün üçün yazılmır, gələcək üçün yazılır. Gələcəkdə bələdiyyənin imkanları artacaq və məktəb, nəqliyyat və digər sahələrdə səlahiyyətlərini həyata keçirəcək. İnşallah, oktyabrdan bələdiyyələr birləşməyə başlayacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!