“Bizi 1 həftədən sonra Bakıda çətin görüş gözləyir” - Rəşad Sadıqov

saytların hazırlanması

Evə çatdırılma

“Bizi 1 həftədən sonra Bakıda çətin görüş gözləyir” - Rəşad Sadıqov

İdman

11 İyul 2024 23:59 1091


"Görüşün sonlarında komandaların ifasında təhlükəli hücumlar izlədik".

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Şerif"lə (Moldova) ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis qalib gəldikləri (1:0) görüşü şərh edib: pizza hut

"İkinci hissədə hücum xəttini gücləndirmək istəyirdik. Düşünürəm ki, bu bizdə uğurlu alındı. Görüşün sonlarında komandaların ifasında təhlükəli hücumlar izlədik. Hər iki kollektivin qol vurmaq üçün şansları var idi. Futbolçularımın çıxışından razı qaldım. Lakin öz gücümüzü bir az artırmalıyıq. Mövsümün ilk oyunları hər zaman ağır keçir. Bizi 1 həftədən sonra Bakıda çətin görüş gözləyir".

Qeyd edək ki, "Zirə" və "Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!