Aşıq Zülfiyyə İbadova gənc ailələrin ayrı yaşamasını məsləhət görüb. O, gəlinlərin də həyat yoldaşlarının ailəsindəki qaydalara uyğunlaşmalı olduğunu düşünür.
“Yeni Sabah” xəbər verir ki, Əməkdar mədəniyyət işçisi bu barədə “Qonaqcanlı” verilişində danışıb. Sənətçinin sözlərinə görə, gənc ailələr müstəqil yaşadıqda həyatın çətinliklərini daha yaxşı anlayır, məsuliyyətlərini öz üzərlərinə götürməyi öyrənirlər. Valideynlərin eyni
evdə yaşaması isə onların gənclərə daim dəstək olmasına səbəb olur. pizza
"Gəlinim 5 il bizimlə bir yerdə yaşadı. Çünki bizim ailənin də özünəməxsus qaydaları var idi. Gəlinim bunları öyrənsəydi, daha yaxşı olardı. Bizdə vəziyyət bu cürdürsə, gəlin də istər-istəməz buna alışmalıdır. Gəldiyi mühitə, yerə uyğunlaşmalıdır.
Gəlinimdən çox razıyam. Həmişə də deyirəm ki, Allah bütün ailələrə mənim gəlinim kimi birini qismət etsin”.
Qeyd edək ki, Zülfiyyə İbadovanın oğlu Babəkin bu evlilikdən iki övladı var.
Telegram kanalımız