Bloger Asya İsmayılovanın keçmiş əri danışdı: “Günahın kimdə olması...”

saytların hazırlanması

Evə çatdırılma

Bloger Asya İsmayılovanın keçmiş əri danışdı: “Günahın kimdə olması...”

Şou

19 Dekabr 2023 17:36 2269


Bir neçə gün səhhəti qəfil pisləşən və təcili xəstəxanaya yerləşdirilən bloger Asya İsmayılovanın sağlamlıq vəziyyəti ilə bağlı keçmiş əri Fuad İsmayılov açıqlama verib.

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“İlk dəqiqələrdən mən və Asyanın anası Zəhra xanım birlikdə olmuşuq. İlk 48 saat ümumiyyətlə klinikadan ayrılmamışam. Bəziləri düşünür ki, ümumiyyətlə, gəlib-getmirəm. Bu məsələdə günahın kimdə olması barədə hələ ki dəqiq sübut olmadığından kimsə barədə nəsə demək istəmirəm. Günah kimdə olsa da, məqsədimiz məsələni böyütmək deyil, xəstəmizin sağlam ayağa qalxmasıdır. Başqa bir istəyimiz yoxdur. Pepperoni pizza

İlk 48 saat çox ağır keçdi. Asya bizi çox qorxurtdu. Şükürlər olsun ki artıq yaxşıdır. Yaranan xəstəlik - “sepsis” artıq bitmək üzərədir. Qan dəyərləri də gətirdiyimiz ilk gündən bu günə kimi xeyli yaxşılaşıb”.

Qeyd edək ki, Asya İsmayılova (Aslanova) bədəninə “sedativ” yolla diş çəkimi zamanı infeksiya keçib və halı qəfil pisləşib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!