7 Oktyabr - 01:31
BMT-nin qərargahı önündə Ermənistanın hərbi təxribatına qarşı aksiya keçiriləcək

BMT-nin qərargahı önündə Ermənistanın hərbi təxribatına qarşı aksiya keçiriləcək

Dünya

23 Sentyabr 2022 00:20 454


Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu-York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçiriləcək.

Yenisabah.az xəbər verir ki, dinc aksiya Nyu-Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutacaq.

Aksiyada məqsəd sərhəddə baş verənləri və Azərbaycanın haqq səsini Baş Assambleyanın 77-ci sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən dövlət və hökumət nümayəndələri, diplomatlar, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Nyu-York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!