BMT-nin 2022-ci ilə aid məlumata görə, qlobal miqyasda 108,4 milyon insan münaqişə, təqib, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən öz yurd-yuvasından didərgin düşüb.
Yenisabah.az xəbər verir ki, 2023-cü ilin may ayına qədər dünya üzrə qaçqınların sayı 110 milyon nəfərə çatıb.
Bu göstəricinin kəskin artmasının əsas səbəbi Rusiyanın Ukraynaya qarşı müharibəsidir. Ukraynadan gələn qaçqınların sayı 2021-ci ilin sonundakı 27 300 nəfərdən 2022-ci ilin sonunda 5,7 milyona yüksəlib. Toyuqlu pizza
BMT qeyd edir ki, məcburi miqrantların beşdə birindən çoxu ən az inkişaf etmiş 46 ölkədədir
Hesabata görə, 2022-ci ildə 339 mindən çox qaçqın öz vətənlərinə - Cənubi Sudan, Suriya, Kamerun və Kot-d'İvuara qayıdıb.
Telegram kanalımız