BMT rəsmisi İrəvanda: Mirzoyan erməni terrorçuları istədi

saytların hazırlanması

Evə çatdırılma

BMT rəsmisi İrəvanda: Mirzoyan erməni terrorçuları istədi

Siyasət

02 Sentyabr 2022 22:38 2746


BMT Baş katibinin yardımçısı Mirolav Ença İrəvanda səfərdədir.

Yenisabah.az xəbər verir ki, o, Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşüb.

Görüş zamanı həmsöhbətlər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Erməni nazir artıq həll olunmuş Qarabağı münaqişəsini yenidən “danışıqlar masasına” qaytarmaq istiqamətində növbəti cəhd göstərib. Bildirib ki, Qarabağ “münaqişəsi” beynəlxalq birliyin “vasitəçilik mandatı”na malik yeganə formatı - ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli və uzunmüddətli həllini tapmalıdır.

O, həmçinin Bakıda saxlanılan erməni terrorçuların geri qaytarılması istəyib.

Bundan əlavə, BMT rəsmisi Ermənistanın Türkiyə ilə danışıqlardakı təmsilçi Ruben Rubinyanla da görüşüb.

Tərəflər Ermənistan-Türkiyə münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!