BMT Təhlükəsizlik Şurası sülhməramlı qüvvələrə qarşı törədilən cinayətlərə görə məsuliyyətlə bağlı qətnaməni yekdilliklə qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
BMT-nin məlumatına görə, 1948-ci ildən bəri məqsədli hücumlar nəticəsində 1 095 sülhməramlı həlak olub. Onlardan 359-u 2013-cü ildən sonra həyatını itirib. Daha bir neçə min "mavi dəbilqə" isə yaralanıb. pizza mizza
Qətnamənin müəllifləri Danimarka və Pakistandır. Sənəddə BMT sülhməramlılarına qarşı hücumlar pislənilir, onların hərbi cinayət hesab oluna biləcəyi vurğulanır və qəbul edən dövlətlərdən bu cür halları araşdırmaq, günahkarları məsuliyyətə cəlb etmək tələb olunur.
Telegram kanalımız