BMT: Ukrayna müharibəsində azı 5 110 mülki şəxs ölüb

saytların hazırlanması

Evə çatdırılma

BMT: Ukrayna müharibəsində azı 5 110 mülki şəxs ölüb

Dünya

22 İyul 2022 08:05 724


Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən iyulun 18-i saat 00:00-a qədər dinc əhali arasında itkilər 5 110 nəfər olub. 

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ali Komissarlığının (OHCHR) məlumatında deyilir.

"Mülki vətəndaşların ölməsi və ya yaralanması hallarının əksəriyyəti ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən atılan atəş də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahların istifadəsi, həmçinin raket və hava zərbələri nəticəsində baş verib", - BMT-nin sənədində qeyd olunur. Pepperoni pizza

Bu, məsələn, Mariupol (Donetsk vilayəti), İzyum (Xarkov vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luqansk vilayəti) şəhərlərindədir ki, burada çoxsaylı mülki şəxslərin həlak olması və ya yaralanması barədə məlumat verilir.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, müharibə zamanı 1 943 kişi, 1 342 qadın, 163 oğlan və 142 qız ölüb.

Xəsarət alan 6 752 nəfər arasında 210 oğlan və 147 qız var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!