Bolqarıstana neft ixracından rekord gəlir

saytların hazırlanması

Evə çatdırılma

Bolqarıstana neft ixracından rekord gəlir

İqtisadiyyat

20 Avqust 2026 11:24 43


Bu ilin yanvar-iyul aylarında Azərbaycan Bolqarıstana 358 min 843 ton xam neft göndərib.

“Yeni Sabah” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, həyata keçirilən bu tədarükün ümumi dəyəri 253 milyon 113,5 min ABŞ dollarına çatıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə Bolqarıstana satılan neftin həcmi 4,5 dəfə, əldə olunan gəlir isə 5,25 dəfə yüksəlib. Bununla da adıçəkilən ölkənin Azərbaycanın ümumi xam neft ixracındakı payı 2,8% təşkil edib. Dördpendirli pizza

Cari ilin 7 ayı ərzində rəsmiləşdirilən gömrük bəyannamələrinə görə, ölkədən xaricə 8 milyard 32 milyon 903,55 min dollar dəyərində, ümumilikdə 12 milyon 722 min 591 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları çıxarılıb.

Hesabat aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 29 milyard 216 milyon dollara yüksəlib. Bu məbləğin 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxal əməliyyatlarının payına düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!