Bolqarıstanda keçirilən parlament seçkilərində keçmiş Baş nazir Boyko Borisovun “GERB” partiyası qalib gəlib.
Yenisabah.az BTA-ya istinadla xəbər verir ki, GERB və “Demokratik Qüvvələrin İttifaqı” partiyalarının alyansı 25,43 faiz səs toplayıb. İkinci yerdə 20,21 faiz səslə istefa vermiş baş nazir Kirill Petkovun “Dəyişiklikləri davam etdiririk” partiyası qərarlaşıb.
Xatırladaq ki, hökumət böhranı nəticəsində bu ilin iyununda Petkov hökuməti istefa verib, yeni hökumət qurmaq cəhdləri nəticəsiz qalıb və nəticədə seçkilər təyin edilib. pizza sifarişi
Telegram kanalımız