Xalq artisti Cahangir Novruzov “Bolt” taksi xidmətinin fəaliyyətindən narazılığını ifadə edib.
“Yeni Sabah” xəbər verir ki, aktyor bu barədə “Pozan” layihəsinə müsahibəsində danışıb.
O, verilişə gecikməsinin səbəbinin taksi sifarişi zamanı yaşadığı problemlə bağlı olduğunu bildirib. pizza hut
C.Novruzov “Bolt” istifadəçilərinə çağırış edərək şirkəti fırıldaqçılıqda ittiham edib:
“Verilişə 15 dəqiqə gecikmişəm. Təqsir məndə deyil. “Bolt”a minməyin. Həqiqətən də biabırçılıqdır. Çünki fırıldaqçılıq edirlər. Tətbiqi açırsan, tövsiyə ediləni seçirsən. İki dəqiqə yazılır, təsdiqləyən kimi 9 dəqiqə olur. 20-22 dəqiqə maşın gözləməli oldum. Üç maşını ləğv etdim. Məcbur olub daha bahalısını seçirsən. Bu da psixoloji olaraq səni incidır”.
Telegram kanalımız