Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Boris Conson və Vladimir Putin arasında telefon danışığı oldu
25 Okt 2021 20:51
353

Boris Conson və Vladimir Putin arasında telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinlə Birləşmiş Krallığın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Hər iki lider BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP 26) ərəfəsində qarşılıqlı fikir mübadiləsi aparıb.

Məlumatda deyilir ki, Britaniya və Rusiya iqlim dəyişikliyi kimi ortaq problemlərin öhdəsindən gəlmək, İranla Nüvə Sazişi kimi beynəlxalq müqavilələri qorumaq üçün birlikdə çalışmağa məsuliyyət daşıyırlar.

Liderlər Əfqanıstandakı mövcud vəziyyəti də müzakirə ediblər.

Baş nazir “Taliban”ın tanınmasının onların insan hüquqlarına hörmət də daxil olmaqla digər davranışlarından asılı olduğunu qeyd edib./APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər