“Boş qalan mənzillər o mənzillərdir ki, vətəndaş və ya sahibkar investisiya yatırımı edib və düşünür ki, zaman keçdikcə həmin mənzillər öz dəyərinə əlavə dəyər qatacaq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlak bahalaşdıqca bu mənzillərə investisiya olunmuş kapital daha da dəyərini artıracaq: pizza hut
“Hazırda ölkədə investisiya yatırımı istiqamətində prioritet təşkil etdiyinə görə daşınmaz əmlak, məhz həmin boş mənzillərin alınması və boş saxlanılması bu məqsədi daşıyır. Həmin şəxslər hal-hazırda həmin boş mənzillərin verdiyi iqtisadi faydaya o qədər də ehtiyacı olmayan şəxslərdir. Əgər bir vətəndaş bir mənzil alırsa, kapital yığımı nəticəsində iqtisadi fayda əldə etmək üçün həmin mənzili kirayə verməklə əlavə gəlir mənbəyi yaradır. Amma boş mənzillərin sahiblərinin əlavə gəlir mənbəyinə ehtiyacı yoxdur. Onlar bir çox hallarda həmin əmlakları digər şəxslərin adına alırlar və ya öz adlarına alsalar belə, aktiv dövriyyədə olmalarını arzulamırlar”.
V. Oruc qeyd edib ki, boş mənzillərin iqtisadi faydasını bilmək üçün onların sayı nə qədərdirsə, ümumi ortalama dəyərini bilmək lazımdır:
“Mənzillərin bazar gəlirliliyi təqribən 4 – 4.5 – 5% arasındadırsa, həmin ümumi bazar dəyərini orta kirayə gəlirliliyinə vurub ondan sonra illik potensial gəlirini hesablamaq lazımdır. Yəni hər il boş mənzillər kifayət qədər böyük potensial gəlir itkisinə səbəb olur.
Boş mənzillərin çox olması o deməkdir ki, həmin mənzilləri alanlar var. Lakin mənzillərin boş qalması kirayə bazarına mənfi təsir edir, belə halda qiymətlərdə artım müşahidə olunur. Boş mənzili olan vətəndaşı məcburi şəkildə iqtisadiyyata fayda versin deyə nəsə etməyə vadar etmək olmaz. Çünki şəxsi mülküdür və necə istifadə etməsi öz seçimidir. Yalnız təbliğat aparmaq olar, həvəsləndirmək mümkündür. Hazırda dövlət boş mənzil sayının çoxluğunu nəzərə alaraq minimal bir manatlıq kommunal ödənişləri tətbiq edib”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız