"35 ildən çoxdur ki, Sakit müəllimlə ailəliyəm. Bu illər ərzində cəmi 3 dəfə küsülü olmuşuq. O da Babəkin üstündə olub. Uşaq idi, ya o üstünə qışqıranda mən ondan küsürdüm, mən Babəkin üstünə qışqıranda isə Sakit məndən küsürdü".
Yenisabah.az moderator-a xəbər verir ki, bunu aşıq Zülfiyyə İbadova deyib.
O əlavə edib: "Ümumiyyətlə haqlı da olsa, haqsız da olsa mən hər zaman yoldaşımın tərəfini tutmuşam. Demək ki, ata deyirsə, düz deyir. Ona hər zaman haqq qazandırıram. Bizə də belə deyiblər, belə öyrədiblər. Pepperoni pizza
Boşanmaq ən asan yoldur. Gənclər bir-biri ilə dil tapmağa çalışmalıdırlar. Vallah hər şeyin üstündə boşanmaq da olmaz. Dünya malına görə boşanmaq ağılsızlıqdır. Bəzən evlənirlər, qadın kişini o qədər sıxma-boğmaya salır ki. Ondan bahalı zinət əşyaları, xəz geyimləri istəyir. Sən bilmirdin ki, kimə gəlmisən?
Vallah o qədər çətinliklər çəkmişik ki. Bəzən köhnə geyimlərimi satıb, yenisini alırdım. Amma bunu mən problem etməmişəm, heç kim bilməyib, danışmayıb. İndikilər olsaydı, el-aləmə car çəkmişdilər".
Telegram kanalımız