Böyük Britaniya Ukraynanın NATO-ya üzv olmasına qarşıdır

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniya Ukraynanın NATO-ya üzv olmasına qarşıdır

Dünya

12 İyul 2023 17:45 990


Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın NATO-ya üzvlük şərtlərindən danışıb.

Yenisabah.az “Daily Mail”ə istinadla xəbər verir ki, Vilnüsdə NATO-nun İctimai Forumundakı panel müzakirəsi zamanı Ben Uolles bildirib ki, müharibənin davam etdiyi indiki vəziyyətdə Ukraynanın alyansa daxil olması mümkün deyil.

“Biz NATO-ya münaqişə yeridə bilmərik. Hesab edirəm ki, bu, başa düşülən şərtdir”, - Britaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib. Pepperoni pizza

Onun sözlərinə görə, Alyansda Ukraynanın NATO-ya daxil olması ilə bağlı ümumi razılıq var, lakin əsas məsələ bunun “nə vaxt” baş verəcəyidir.

Uolles vurğulayıb ki, NATO müttəfiqləri Ukraynanı hərbi baxımdan dəstəkləyir.

“Ukrayna irəliləyir, torpaqlarını azad edir, Rusiyanı bunun üçün böyük itkilər verməyə məcbur edir”, - o vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!