Böyük Britaniyada hava limanları kiberhücuma məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniyada hava limanları kiberhücuma məruz qaldı

Dünya

27 Avqust 2026 20:50 75


Böyük Britaniyanın üç hava limanına hakerlər tərəfindən kiberhücum edilib və nəticədə sərnişinlərin fərdi məlumatları oğurlanıb.

"Yeni Sabah" bildirir ki, bu barədə "Sky News" telekanalı xəbər yayıb.

Məlumata görə, kiberhücumlar İngiltərənin mərkəzində yerləşən Şərqi Midlends, eləcə də Mançester və Londonun Stansted aeroportlarına qarşı həyata keçirilib. pizza

Telekanalın bildirdiyinə görə, cinayətkarlar sərnişinlərin "Wi-Fi" şəbəkəsinə qoşularkən və prioritet rezervasiya zamanı daxil etdikləri məlumatları ələ keçirə biliblər.

Qeyd olunur ki, baş vermiş insidentlər hava limanlarının fəaliyyətinin dayanmasına səbəb olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!