"Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır".
Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb:
"Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, salamat olduqlarını görməkdən məmnunam".
Səfir tviterdə daha sonra bunları yazıb: “Vətəndaşlarımızın, o cümlədən səfirlik əməkdaşlarının təhlükəsizlik və mühafizəsi bizim əsas prioritetimizdir! Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”, - səfir qeyd edib.
Telegram kanalımız