Böyük Britaniyanın Baş naziri Endi Börnemin ABŞ Prezidenti Donald Trampın Aparat rəhbəri Susi Uaylsı təqlid edən bir şəxslə mesajlaşdığı üzə çıxıb. Börnemin daha sonra əlaqə saxladığı şəxsin həqiqi Uayls olmadığından şübhələndiyi bildirilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Politico" nəşrinin 4 rəsmi şəxsə istinadən məlumat yayıb.
Bildirilib ki, Börnem Trampın Aparat rəhbəri Susi Uayls kimi qələmə verən bir şəxslə əlaqə saxlayıb. Dördpendirli pizza
Böyük Britaniya Baş nazirinin bir müddət sonra mesajlaşdığı şəxsin həqiqi Uayls olmadığından şübhələndiyi qeyd olunub.
Börnem ile Uaylsı təqlid edən şəxs arasındakı mesajların məzmunu və nə vaxt göndərildiyi isə açıqlanmayıb.
Böyük Britaniya Baş Nazirliyinin Dəftərxanası "Politico"nun xəbəri ilə bağlı açıqlamasında: "Milli təhlükəsizlik məsələləri haqqında şərh vermirik", - deyə bildirib.
Mənbələr Börnemin Baş Nazirliyə gəldikdən sonra sözügedən şəxslə "bir neçə mesaj" mübadiləsi apardığını qeyd edib. Mesajların "heç bir əhəmiyyət daşımadığını" bildirən mənbələr, vəziyyətin şübhəli olduğu anlaşıldıqdan sonra mesajların dərhal aidiyyəti qurumlara məruzə edildiyini diqqətə çatdırıblar.
Böyük Britaniyanın Vaşinqtondakı Səfirliyi hadisədən duyulan narahatlıq səbəbindən məsələni Ağ Evə çatdırıb.
Ağ Ev isə iddialarla bağlı şərh verməyib.
Qeyd edək ki, Ağ Ev və FTB keçən il senatorlar, qubernatorlar və amerikalı iş adamlarının Trampın Aparat rəhbəri Susi Uayls olduğunu iddia edən bir şəxsdən mesaj və zəng almasından sonra təhqiqata başlamışdı.
Telegram kanalımız