Böyük Yeddilik və Avstraliya rus neftinə sabit qiymət tətbiqi barədə razılığa gəliblər.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, koalisiya qiymət tavanının müəyyən ediləcəyi və mütəmadi olaraq nəzərdən keçirilməsi ilə razılaşıb. Qeyd olunur ki, bu, bazarın sabitliyini artıracaq.
“Qiymətin özü hələ müəyyən edilməyib və yaxın zamanlarda bu məsələ ilə bağlı razılıq əldə ediləcək”, – agentlik bildirib. Marqarita pizza
Bununla yanaşı, məlumatda qeyd olunduğu üzrə, qiymətin hər hansı indekslə əlaqələndirilməsi potensial qiymət dalğalanmalarına səbəb ola bilər.
Bildirilir ki, xam neftin qiymətinin yuxarı həddi dekabrın 5-dən, neft məhsulları üzrə isə fevralın 5-dən tətbiq edilməlidir.
Telegram kanalımız