bp ilə əməkdaşlığın inkişafı müzakirə edilib

saytların hazırlanması

Evə çatdırılma

bp ilə əməkdaşlığın inkişafı müzakirə edilib

İqtisadiyyat

03 İyun 2025 12:41 370


İqtisadiyyat Nazirliyində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti ilə keçirilən görüşdə birgə layihələrdə səmərəliliyin artırılması, innovativ texnologiyaların tətbiqi müzakirə edilib.

Yenisabah.az xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf 30-cu Bakı Enerji Həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüblər.

bp-nin Azərbaycanın enerji sektorundakı uzunmüddətli fəaliyyəti, həmçinin bərpaolunan enerji layihələrində iştirakı vurğulanıb. Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr barədə məlumat verilib. 

Görüşdə bp-nin Azərbaycanda həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması müzakirə edilib. İnnovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi imkanları və  bu sahədə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!